525.Az

Fransada meşə yanğını - 750 hektardan çox meşə yanıb


 

Fransada meşə yanğını - <b style="color:red">750 hektardan çox meşə yanıb</b>

Fransanın cənubundakı Buş-du-Rhone bölgəsinin Pennes-Mirabeau şəhərində dünən başlayan və davam edən yanğın 750 hektardan çox meşə sahəsini külə çevirib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, dünən Pennes-Mirabeau qəsəbəsində başlayan yanğın Marselin cənubuna sürətlə yayılıb.

Yanğının söndürülməsi üçün əraziyə 800-dən çox yanğınsöndürən, 250 yanğınsöndürən maşın, 6 yanğınsöndürən təyyarə və 7 helikopter göndərilib.

Bu günədək yanğın 750 hektardan çox meşə sahəsini külə çevirib, yanğınsöndürənlər, polis əməkdaşları və vətəndaşlar daxil olmaqla 94 nəfər yüngül bədən xəsarətləri alıb, 26 nəfər xəstəxanaya yerləşdirilib.

Davam edən yanğın 10 evi külə çevirib, 71 tikili, 2 anbar və 15 avtomobilə ziyan vurub.

Qeyd edək ki, dünən Pennes-Mirabeau şəhərində avtomobilin yanması ilə başlayan yanğın 400 sakini evlərini tərk etməyə məcbur edib.

Malik Atilay 

 





11.07.2025    çap et  çap et