525.Az

Londonda istilər - 263 nəfər öldü


 

Londonda istilər - <b style="color:red">263 nəfər öldü</b>

Böyük Britaniya və Avropaya təsir edən istilər səbəbindən Londonda təqribən 263 nəfər ölüb. 

525.az xarici mediaya əsasən xəbər verir ki, London İmperial Kolleci və London Gigiyena və Tropik Tibb Məktəbinin (LSHTM) tədqiqatçılarının araşdırmasına görə, bu ölümlərin 173-ü birbaşa iqlim böhranının nəticəsidir.

"World Weather Attribution" qrupu tərəfindən dərc edilən bir araşdırma, iqlim böhranının Avropada istiliklə bağlı ölümlərin sayını üç dəfə artırdığını ortaya qoyub.

Alimlər bildiriblər ki, iyunun sonu və iyulun əvvəllərində Avropaya təsir edən temperatur iqlim dəyişikliyi olmasaydı, 1-4 dərəcə sərin ola bilərdi.

Malik Atilay 

 





11.07.2025    çap et  çap et