ABŞ-nin Texas ştatında baş verən sel fəlakəti nəticəsində həyatını itirənlərin sayının 104-ə yüksəldiyi bildirilib.
525.az xarici mediaya əsasən xəbər verir ki, səlahiyyətlilər iyulun 4-də yağan leysan yağışlar nəticəsində baş verən sel fəlakətində həyatını itirənlərin sayı ilə bağlı açıqlama verib.
Səlahiyyətlilər, sözügedən daşqınlarda həyatını itirənlərin sayının 104-ə yüksəldiyini və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
Daşqınlarda həyatını itirənlərin ən çoxunun Kerr bölgəsində olduğu bildirilib , 28-i uşaq olmaqla 84 nəfərin orada həyatını itirdiyi barədə məlumat paylaşıb.
ABŞ-ın cənubundakı Texas ştatında iyulun 4-də qəfil yağan leysan yağışlar nəticəsində Kerr bölgəsindəki Quadalupe çayı daşaraq daşqınlara səbəb olub.
Texas qubernatoru Gregg Abbott X hesabında yazdığı bir yazıda dağıdıcı daşqınlarla mübarizə üçün bütün resursları səfərbər etdiklərini, yerli hakimiyyət orqanları isə fəlakət bölgəsində 50 minə yaxın insanın olduğunu və axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.
ABŞ prezidenti Donald Tramp Kerr dairəsini daşqın səbəbindən fəlakət bölgəsi elan edib.
Qeyd edək ki, ştatdakı respublikaçı yerli məmurlar, Prezident Trampın qənaət siyasətinin bir hissəsi olaraq büdcəsini kəsdiyi Milli Hava Xidmətini (NWS) fəlakətdən əvvəl adekvat xəbərdarlıq və dəqiq proqnozlar vermədiyinə görə tənqid edib.
Malik Atilay
çap et