525.Az

ABŞ-də yanğınlar təxminən 34 min hektar ərazini əhatə edib


 

ABŞ-də yanğınlar təxminən 34 min hektar ərazini əhatə edib<b style="color:red"></b>

ABŞ-nin Kaliforniya ştatının San Luis Obispo və Riversayd kimi bir çox fərqli bölgəsində baş verən yanğınlar təxminən 34 min hektar əraziyə yayılıb.

525.az xarici KİV-ə əsasən xəbər verir ki, Kaliforniya Meşə Təsərrüfatı və Yanğından Mühafizə Departamentinin (Cal Fire) saytında verilən məlumata görə, iyulun 2-də San Luis Obispoda başlayan Madre yanğını təxminən 32 min hektar ərazini əhatə edib və yanğının 35 faizi nəzarət altına alınıb.

İyunun 29-da Riversaydda başlayan yanğın təxminən 1000 hektar ərazini əhatə etməkdə davam edir və yanğının 95 faizi nəzarət altına alınıb.

Digər tərəfdən, Riversayd xaricindəki Siskiyou və Shasta bölgələrində təsirli olan yanğınlar ümumilikdə 674 hektar əraziyə yayılıb. 

Malik Atilay 

 





09.07.2025    çap et  çap et