525.Az

Ərdoğan PKK-nın silahları təhvil verməsi barədə paylaşım edib


 

Ərdoğan PKK-nın silahları təhvil verməsi barədə paylaşım edib<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan keçmiş PKK terror təşkilatı tərəfdarlarının bu gün İraqın şimalında yerləşən Süleymaniyə şəhərində silahları təhvil verməsinə münasibət bildirib.

525.az "Report" a istinadən xəbər verir ki, Ərdoğan "X"də etdiyi paylaşımında "Terrorsuz Türkiyə" adı ilə qarşıya qoyulan hədəfə gedən yolda atılan bugünkü mühüm addımın xeyirlərə vəsilə olmasını diləyib.

"Ölkəmizin təhlükəsizliyi, millətimizin hüzuru və bölgəmizdə daimi sülhün təsisi üçün yeridiyimiz bu yolda Allah hədəflərimizə çatmağı bizlərə nəsib eləsin", - Türkiyə Prezidenti vurğulayıb.

Xatırladaq ki, “Terrorsuz Türkiyə” quruculuğu prosesi çərçivəsində keçmiş PKK terror təşkilatı bu gündən silahları təhvil verməyə başlayıb.

 





11.07.2025    çap et  çap et