525.Az

BMT: Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər


 

BMT: Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər<b style="color:red"></b>

Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər.

525.az Report-a istinadən  xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Kabildəki idarəsinin rəhbəri Ərəfat Camal deyib.

“İran və Pakistan hakimiyyəti Əfqanıstan vətəndaşları ilə bağlı qaydaları sərtləşdirib. O cümlədən Tehran ölkədə sənədsiz olan 4 milyon əfqanın iyulun 6-dək İranı tərk etməsini tələb edib”, - o bildirib.

Onun sözlərinə görə, BMT QAK geri qaytarılma prosesinin miqyası, intensivliyi və şərtlərindən narahatdır.

 





12.07.2025    çap et  çap et