Rusiya Xarici İşlər Nazirliyi Polşanın Kalininqraddakı Baş Konsulluğunun bağlanmasına qərar verildiyini açıqlayıb.
525.az xarici mediaya əsasən xəbər verir ki, nazirliyin açıqlamasında qeyd olunub ki, Polşa may ayında Rusiyanın Krakovdakı Baş Konsulluğunu bağlamaq qərarı verib.
Bəyanatda bunun “düşməncəsinə” addım olduğu vurğulanıb və Polşanın Rusiyadakı müvəqqəti işlər vəkilinin Nazirliyə çağırıldığı qeyd edilib.
Bəyanatda deyilib: "Səfirə Polşanın Kalininqraddakı Baş Konsulluğunun fəaliyyətinə icazə verən qərarın avqustun 29-dan etibarən ləğv edildiyini bildirən nota verilib. Ölkəmizə qarşı hər hansı düşmənçilik hərəkəti cavabsız və nəticəsiz qalmayacaq".
Malik Atilay
çap et