Avstraliyada güclü yağış və güclü külək səbəbindən çoxlu sayda uçuşlar ləğv edilib, 35 min ev və iş yeri işıqsız qalıb.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, ABC News-un məlumatına görə, Yeni Cənubi Uelsin mərkəzi və cənubunda güclü yağış və külək gündəlik həyatı pozub.
Yağış səbəbindən Sidney hava limanında bir çox uçuşlar ləğv edilib, ştatda 35 min ev və iş yeri elektriksiz qalıb.
Yeni Cənubi Uels əyalətinin səlahiyyətliləri tufan və güclü yağışın səbəb ola biləcəyi daşqınlara qarşı təcili xəbərdarlıq edib.
Malik Atilay
çap et