525.Az

İspaniyada meşə yanğını: 2 nəfər ölüb


 

İspaniyada meşə yanğını: 2 nəfər ölüb<b style="color:red"></b>

İspaniyanın Kataloniya muxtar vilayətində baş verən meşə yanğınında 2 nəfərin cəsədi tapılıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Avropada isti dalğası davam edərkən, İspaniyada meşə yanğınları ilə mübarizə aparılır.

Kataloniya muxtar vilayətinin Lleyda vilayətinin kənd ərazisində baş verən meşə yanğını sürətlə yayılıb. Yanğınsöndürənlərin gərgin səylərinə baxmayaraq, ümumilikdə 6500 hektar ərazi külə dönüb.

Kataloniya muxtar vilayətinin lideri Salvador İlla sosial media hesabında Seqarrada baş verən yanğında 2 nəfərin həyatını itirdiyini bildirib.

Kataloniyanın daxili işlər naziri Nuria Parlon həyatını itirənlərin bir fermer və onun işçisi olduğunu bildirib.

Parlon, "Onların fermadan qaçmağa çalışarkən alov içində qaldıqları aydın oldu" deyib.

Qeyd edək ki, yanğının nəzarət altına alındığı açıqlanıb.

Malik Atilay 

 





04.07.2025    çap et  çap et