525.Az

Yaponiyanın cənub-qərbində 11 gündə 911 zəlzələ baş verib


 

Yaponiyanın cənub-qərbində 11 gündə 911 zəlzələ baş verib<b style="color:red"></b>

Yaponiyanın cənub-qərbindəki Tokara arxipelaqında 11 gün ərzində müxtəlif maqnitudalarda 911 zəlzələ baş verib.

525.az xarici KİV-ə əsasən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, Kaqosima prefekturasındakı arxipelaqda son 11 gündə zəlzələlər baş verib.

Məlumata görə, ada bölgəsində iyunun 21-dən iyulun 2-dək maksimum maqnitudası 5,6 olan 911 zəlzələ baş verib. 5 və daha yüksək bal gücündə zəlzələlər üç dəfə baş verib.

Qeyd edək ki, rəsmi Kyodo xəbər agentliyinin məlumatına görə, bölgədə baş verən zəlzələlərlə bağlı ölən, yaralanan və dağıntılar barədə məlumat verilməyib.

Malik Atilay 

 





04.07.2025    çap et  çap et