Somalinin paytaxtı Moqadişoda hərbi helikopter eniş zamanı qəzaya uğrayıb, təyyarədə olan 8 nəfərdən üçü sağ qalıb, digər 5 nəfərin taleyi hələlik məlum deyil.
525.az xarici mediaya əsasən xəbər verir ki, Somalidə Afrika İttifaqının Dəstək və Sabitləşdirmə Missiyasına xidmət edən helikopter Aden Adde Beynəlxalq Hava Limanına eniş zamanı qəzaya uğrayıb.
Uqandaya məxsus olduğu açıqlanan helikopter qəzadan sonra alovlanıb.
Qəzaya uğrayan helikopterin göyərtəsində 8 nəfər olub. Uqanda ordusunun sözçüsü bildirib ki, qəzadan üç nəfər sağ qalıb. Bildirilib ki, digər 5 nəfərin taleyi hələlik məlum deyil və yanğın tam söndürüldükdən sonra bəlli olacaq.
Qeyd edək ki, Afrika Birliyinin Somalidəki Dəstək və Sabitləşdirmə Missiyasının Əl-Şəbab terror təşkilatı ilə mübarizəsində 11 mindən çox personalı var.
Malik Atilay
çap et