525.Az

Rusiya və Çinin xarici işlər nazirləri Pekində Ukrayna böhranını müzakirə ediblər


 

Rusiya və Çinin xarici işlər nazirləri Pekində Ukrayna böhranını müzakirə ediblər<b style="color:red"></b>

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Çinin xarici işlər naziri Vanq İ ABŞ ilə münasibətləri və Ukrayna böhranının həlli perspektivlərini müzakirə ediblər.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Pekində keçirilən danışıqların yekunlarına dair bəyanatında deyilir.

"Tərəflər həmçinin Birləşmiş Ştatlar ilə münasibətləri və Ukrayna böhranının BMT Nizamnaməsinin prinsiplərinə uyğun həlli perspektivlərini müzakirə ediblər", - məlumatda vurğulanıb.

Görüş zamanı digər aktual mövzulara, o cümlədən İran-İsrail münaqişəsi və Koreya yarımadasındakı vəziyyətə toxunulub.

 





13.07.2025    çap et  çap et