525.Az

London yaxınlığında təyyarə qəzaya uğrayıb


 

London yaxınlığında təyyarə qəzaya uğrayıb<b style="color:red"></b>

 

London yaxınlığında Soutend hava limanından havaya qalxdıqdan dərhal sonra kiçik biznes təyyarəsi qəzaya uğrayıb.

525.az APA ya istinadən xəbər verir ki, qəzaya “Beechcraft King Air B200” markalı iki mühərrikli təyyarə uğrayıb.

Hava gəmisi Niderlanda uçmalıymış. Hazırda təyyarədə neçə nəfərin olduğu barədə dəqiq məlumat yoxdur.

Qeyd olunur ki, bu tip təyyarələr 1–2 pilot tərəfindən idarə olunur və 13 sərnişin daşımaq qabiliyyətinə malikdir.

 





13.07.2025    çap et  çap et