525.Az

"Araz-Naxçıvan”ın yoxlama oyunları ilə bağlı planında dəyişiklik edilib


 

"Araz-Naxçıvan”ın yoxlama oyunları ilə bağlı planında dəyişiklik edilib<b style="color:red"></b>

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan”ın yoxlama oyunları ilə bağlı planında dəyişiklik edilib.

525.az-a bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Komanda bu gün daha bir oyun keçirəcək. “Qırmızı-ağlar” Bakı vaxtı ilə saat 18:30-da Superliqa təmsilçisi “Konyaspor”la üz-üzə gələcək.

Qeyd edək ki, komandamız toplanışı iyulun 17-də “Trabzonspor”la keçirəcəyi oyunla yekunlaşdıracaq.

 





14.07.2025    çap et  çap et