525.Az

Dünya çempionatının ən yaxşıları


 

Dünya çempionatının ən yaxşıları<b style="color:red"></b>

Klublararası dünya çempionatının ən yaxşı futbolçuları müəyyənləşib.

525.az xəbər verir ki, turnirin ən yaxşı oyunçusu adına "Çelsi"nin futbolçusu Kol Palmerlayiq görülüb. O, ötən gecə final matçında PSJ-nin qapısına 2 qol vurub və 1 məhsuldar ötürmə verib. 23 yaşlı yarımmüdafiəçi yarışda ümumilikdə 3 qol və 2 məsuldar ötürmə ilə yadda qalıb.

PSJ-dən Desire Duai isə çempionatın ən yaxşı gənc oyunçusu seçilib. 20 yaşlı cinah oyunçusu 7 matçda 1 qol vurub.

"Çelsi "nin futbolçusu Robert Sançes turnirin ən yaxşı qapıçısı olub. 27 yaşlı ispaniyalı 6 oyuna çıxıb, 3 matçda qapısını toxunulmaz saxlayıb. 

Qeyd edək ki, turnirin qalibi adını "Çelsi" qazanıb. 

 





14.07.2025    çap et  çap et