525.Az

Yenə tıxac...


 

Yenə tıxac...<b style="color:red"></b> Nəqliyyat Nazirliyi sürücülərə müraciət edib.
 
Lent.az-ın Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumatına görə, bayram günləri ilə əlaqədar olaraq bölgələrə səfər edənlərin çox olması səbəbindən axşam saatlarında Bakı-Sumqayıt şosesində yarana biləcək sıxlığı nəzərə alaraq səfərlərin daha erkən saatlara planlaşdırılması tövsiyə olunur.
 
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Sumqayıt-Bakı yolunun Avtovağzaldan mərkəzədək olan hissəsində, Binəqədidən mərkəzə gələn yolda və Heydər Əliyev prospektinin mərkəzə doğru gələn hissəsində tıxac yaranıb.

Axşam saatlarında paytaxtın əksər hissələrində tıxacların yaranacağı gözlənilir.
 





30.12.2014    çap et  çap et