525.Az

Özbəkistan və Pakistan neft-qaz sahəsində əməkdaşlığı genişləndirir


 

Özbəkistan və Pakistan neft-qaz sahəsində əməkdaşlığı genişləndirir<b style="color:red"></b>

Özbəkistan və Pakistan neft-qaz sahəsində əməkdaşlığı genişləndimək və  dərinləşdirmək niyyətindədir.

525.az xəbər verir ki, bu barədə Özbəkistanın İslamabaddakı səfiri Əlişir Tuxtayevlə Pakistanın neft məsələləri üzrə federal naziri Əli Pərviz Malik arasında danışıqlar zamanı vurğulanıb.

Görüşdə tərəflər enerji sahəsində əməkdaşlığın hazırkı vəziyyətini və perspektivlərini müzakirə edib, birgə layihələrin həyata keçirilməsi üçün yüksək potensialın olduğunu söyləyiblər.

Nazir Özbəkistanın neft-qaz sənayesindəki təcrübəsini yüksək qiymətləndirərək, bu strateji əhəmiyyətli sahədə tərəfdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Karbohidrogenlərin emalı, hasilatı sahəsində potensialın öyrənilməsi və konkret təşəbbüslərin irəli sürülməsi məsələlərinə xüsusi diqqət yetirilib. Bununla bağlı təkliflərin hazırlanması və fəaliyyətin əlaqələndirilməsi üçün iki ölkənin müvafiq strukturlarının iştirakı ilə birgə işçi qrupun yaradılması barədə razılıq əldə olunub.

Bildirilib ki, Pakistan maye qazın, sıxılmış təbii qaz və emal olunmuş neft məhsullarının ən böyük idxalçılarından biri olaraq qalır və bu, Özbəkistanla davamlı və uzunmüddətli əməkdaşlıq üçün əlverişli şərait yaradır.  Əməkdaşlığın prioritet istiqamətlərinə Pakistanın neft-qaz yataqlarının işlənməsində Özbəkistan tərəfinin iştirakı, neft emalı müəssisələrinin modernləşdirilməsi, geoloji informasiya və qabaqcıl texnologiyaların mübadiləsi, habelə ixtisaslı mütəxəssislərin hazırlanması üzrə layihələr də daxildir.

Pərvanə Sultanova

 





14.07.2025    çap et  çap et