Çin Cənub-Şərqi Asiyada nüvə silahından azad zonanın yaradılmasını qətiyyətlə dəstəkləyir.
525.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Cian Bin söyləyib.
Əlavə edib ki, bu, regional sülh və sabitliyin təşviqi üçün böyük əhəmiyyət kəsb edir və ASEAN ölkələrinin əsas təhlükəsizlik maraqlarının müdafiəsinə imkan yaradır.
Onun sözlərinə görə, Çin Cənub-Şərqi Asiyada Nüvə Silahından Azad Zona haqqında Müqavilə Protokolunu birinci imzalamağa hazır olduğunu açıq şəkildə bəyan edib. Rəsmi vurğulayıb ki, Çinin nüvə qüvvələri və nüvə siyasəti dünyada sülhə mühüm töhfələr verib və bu, beynəlxalq ictimaiyyət tərəfindən də geniş şəkildə tanınır.
Pərvanə Sultanova
çap et