525.Az

ABŞ Zəngəzur dəhlizinin idarə edilməsini öz üzərinə götürməyə hazır olduğunu bildirib


 

ABŞ Zəngəzur dəhlizinin idarə edilməsini öz üzərinə götürməyə hazır olduğunu bildirib<b style="color:red"></b>

ABŞ Zəngəzur dəhlizini idarə etməyə götürməyə hazır olduğunu bildirib.

525.az "Report"a istinadın xəbər verir ki, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.

Diplomatın sözlərinə görə, ABŞ 100 il müddətinə 32 kilometrlik Zəngəzur dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib.

"Beləliklə, hər iki tərəf bu dəhlizdən istifadə edə biləcək", - səfir vurğulayıb.

Tom Barrak həmçinin qeyd edib ki, bu təklifin əsas məqsədi Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların irəliləməsinə kömək etməkdir.

 





14.07.2025    çap et  çap et