525.Az

Azərbaycan-Çin iqtisadi əməkdaşlığı müzakirə edildi


 

Azərbaycan-Çin iqtisadi əməkdaşlığı müzakirə edildi<b style="color:red"></b>

Azərbaycan və Çin arasında iqtisadi əməkdaşlığın gündəliyində olan məsələlər nəzərdən keçirilib.

525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bununla bağlı müzakirələr Çinin ölkədəki səfiri Lu Mey ilə görüşdə aparılıb: "Görüşdə ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini məmnunluqla vurğuladıq. Ticarət, sənaye,investisiya, enerji, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahəsində birgə fəaliyyətin perspektivlərini qeyd etdik".

 

Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Lu Mey ilə görüşmək xoş oldu. Ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini məmnunluqla vurğuladıq. #İqtisadi əməkdaşlığın gündəliyində olan məsələləri nəzərdən keçirdik. #Ticarət, sənaye,… pic.twitter.com/OT9NDChujs

— Mikayil Jabbarov (@MikayilJabbarov) July 14, 2025
 





14.07.2025    çap et  çap et