525.Az

2 uşağı ilə mağarada yaşayan qadın


 

2 uşağı ilə mağarada yaşayan qadın<b style="color:red"></b>

Hindistan polisi Kerala ştatının cənubunda, meşəlik ərazidə yerləşən mağarada yaşayan rusiyalı qadını tapıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, sorğu zamanı 40 yaşlı Nina Kutina bir neçə il əvvəl işçi vizası ilə ölkəyə gəldiyi məlum olub.

Qokarna şəhərində induizm ilə maraqlanan rusiyalı 2 övladı ilə meşədə yaşamağa qərar verib. Uzun müddət təbii mağarada məskunlaşan ailə meyvə və ov məhsulları ilə qidalanıb.

Qeyd edək ki, araşdırma zamanı qadının vizasının 2017-ci ildə bitdiyi aydın olub. Polisin verdiyi məlumata görə ailə Banqalor şəhərinə göndərilib və bir müddət sonra Rusiyaya deportasiya ediləcək.

L.Tağıyeva

 





14.07.2025    çap et  çap et