Bu ay Serbiya və Çin hərbçiləri birgə təlim keçəcəklər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin müdafiə nazirliyinin rəsmisi Szyan Bin mətbuata açıqlama verib.
İlk dəfə baş tutan təlimdə hər iki ölkənin xüsusi təyinatlıları iştirak edəcək. "Dünyanın mühafizəçiləri - 2025" kod adı verilmiş təlimin məkanı isə Hebey əyaləti olacaq.
Nazirin sözlərinə görə, təlim hərbçilərin bacarıqlarını artırmaqla yanaşı, hər iki ölkənin hərbi sahədə əməkdaşlığının möhkəmlənməsinə ciddi təkan verəcək.
Qeyd edək ki, təlimin dəqiq vaxtı barədə məlumat verilmir.
L.Tağıyeva
çap et