525.Az

"Qarabağ" bu gün Avstriyada sonuncu yoxlama matçını keçirəcək


 

"Qarabağ" bu gün Avstriyada sonuncu yoxlama matçını keçirəcək<b style="color:red"></b>

Təlim-məşq toplanışını Avstriyada davam etdirən "Qarabağ" bu gün sonuncu - 4-cü yoxlama matçını keçirəcək.

525.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 17 qat Avstriya çempionu “Zaltsburq” ilə üz-üzə gələcək.

Görüş Kaprun stadionunda, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, hazırlığa iyunun 18-də Bakıda start verən "Qarabağ" Avstriya toplanışını iyulun 16-da başa vuracaq.

 





15.07.2025    çap et  çap et