525.Az

Arif yolu: Həllacdan Cavidə


 

Arif yolu: <b style="color:red">Həllacdan Cavidə </b>

 

Hardan hara?

Yaradanını tanımaq bu həqiqətin işığında özünü dərk etmək cəhdi, ilk insanla doğulub desək, yəqin ki, yanılmarıq. Axı, bu idrak qabiliyyəti yaradılmışlar arasında yalnız insana verilib. İslam dinində bu yola təsəvvüf, yolun yolçusuna sufi, bu yolda seçilmişlər arasından seçilənlərə isə arif deyiblər. Mənsur Həllac yazır: “Arifgörəndir, mərifəto şey ki, onunla qalırlar. Arif öz irfanı ilədir, çünki o, öz irfanıdır, irfanı da odur. Mərifət isə bunun arxasındadır, Məruf (tanınan, AllahK.B.) isə bunun arxasındadır”. Bəli, insan öz bildikləri, dərk etdikləri seçdiyi yolla arif ola bilir. Ariflik Haqqdan insana verilmiş payın idrak məqamıdır. Dövrə, şəraitə görə ariflik cəmiyyətdə fərqli qarşılanıb münasibətə uyğun olaraq sənətkarların əsərlərində bu ya digər dərəcədə öz əksini tapıb. Yəni vaxt olub ki, o dəbdə olub onun şeirlərdə , miniatürlərdə əks etdirilməsi özü az qala ariflik sayılıb. Vaxt da olub ki, onu insanı reallıqdan ayıran rəmz hesab edib tarixin tozuna qatmaq istəyiblər. Amma Cavidin dediyi kimi:

     

Saqın aldırma ki, kor olsa cahan,

Günəşin nuruna gəlməz nöqsan.

Sən kiçilsən , böyüksən hətta

Qopsa zülmət, yenə parlar o zəka!..

                        

Bəli, Haqq həmin Haqqdır, mərifət həmin mərifət. Dəyişən insan onun dünyaya baxdığı bucaqdır. Həllacdan Cavidə bu yolun tam 10 əsrlik zəngin, mürəkkəb bir tarixi var. Mən sadəcə bu yolun iki sakininin baxış bucağını müqayisə etməyi düşünürəm. üçün Həllacın açıq təsiri duyulan Miyanəci yox, yaxud Nəsimi yox, məhz Cavid?

Həllac Mənsur özününTəvasinəsərində İblisə xüsusi yer ayırmış buna görə həm öz dövründə, həm sonralar güclü təzyiqlərə qınaqlara məruz qalmışdı. Hüseyn Cavidin İblisi tədqiqatçılar arasında böyük rezonans doğurmuş, mübahisələr yaratmışdı. Bundan başqa, Mənsur Həllac eyni əsərində iblislə yanaşı, həm insanınarifin mövqeyini şərh edib. Cavid İblisin qarşısına Arifi çıxardır.  Əslində, bizim məqsədimiz heç haqqında kifayət qədər sanballı tədqiqatlar aparılmış bu əsərləri təhlil ya müqayisə etmək deyil, sadəcə X əsrin arifilə XX əsrin arifi arasında paralellər aparmaqdır. Arifin hardan hara gəldiyini göstərmək üçün...

İnsanları xəlq etməkdə var bəlkə hikmət,

İblisə hacət?!”

    

Mənsur Həllac deyir ki, “Əşyalar öz zidləri ilə tanınırlar. ...Şəri tanımayan yaxşını da tanımaz”. Biz arif haqqında düşüncələrimizi İblis haqqında mülahizələrimizlə açmağa çalışacağıq.

Həm Həllacın, həm Cavidin təsvir etdiyi İblis az fərqlidirlər belə nəticə çıxartmaq olar ki, əsrlərə baxmayaraq İblis dəyişməyib: nifrəti, hiylələri, təsir üsulları. Düzdür, Cavid Həllac qədər İblisin həyat tarixinə yer ayırmır, bununla belə, hər iki mütəfəkkir məhz Qurani Kərimdən gələn bir həqiqətlə İblisin Allahı sevən, yalnız Ona səcdə edən bir mələk olduğunu inkar etmirlər. Həllac İblisin dili ilə deyir: “Haqqa and olsun ki, mən tədbirimdə yanılmadım, [Allahın] yazısını rədd etmədim, təsvirin dəyişməsi məni aldatmadı, mənim bu yazılara rəğmən öz alın yazım var. Mənə öz odunda əbədiyyən əzab versə , başqasına səcdə etmərəm, bir şəxsə cəsədə alçalmaram, mən [Ona] zidd birini tanımıram. Mənim iddiam sadiqlərin iddiasıdır. Məndə olan sadiqlərin sevgisindəndir”. Cavid yazır:

Mən imdi bir atəş, fəqət əvvəlcə bir mələkdim,

Həp xaliqə təsbih idim, təhlil idi virdim,

İlk öncə mələklər məni təqdis ediyordu.

Eyni zamanda, İblis əbədiyyən İnsanın düşmənidir, çünki insan onu Sevdiyi Yaradanının gözündən salıb, ilahi aləmin yüksək məqamından məhrum olunmasına səbəb olub. Qurani Kərimdə deyilir: “(İblis) dedi: “Ey Rəbbim! Sən məni yoldan  çıxartdığına (kamilləşmə yolumu yarıda kəsdiyinəK.B.) görə, mən yer üzündə onlara (insanlaraK.B) (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam.” Həllacın İblisi İnsanı qeyri-səmimilikdə, zəif imanına görə ittiham edir: “Mənə vahid məbud iddiası (tək Allaha səcdə istəyi) mane oldu, ona (insana) səcdə etsəydim, sənin (İnsanK.B.) kimi olardım”. Cavidin İblisi , “Adəm kimi bir sayğısız ağır ləkə vurdudeyə qəzəblidir.

Eyni mənbəyəQurani Kərimə istinad etdiklərinə görə, İblislər arasında fərqin olmaması normal məntiqlidir. Bununla belə, həm Həllac, həm Cavid kamilliyin yüksək məqamına çata bilmiş insanlardır, İblisin öz uğursuzluğuna görə günahlandırdığı, Yaradanın yanındakı yüksək məqamına görə müəyyən mənada həsəd apardığı Kamil İnsan. Sadəcə biri X əsrin, digəri XX əsrin İnsanı. Fərqi, daha doğrusu, spesifiklikləri məhz onların İblisə münasibətində axtarmalı olacağıq.

    

Mən nura talibəm, atəş nəmə lazım?”

Hər şeydən əvvəl mütəfəkkirlərin mövqelərində əhəmiyyətli bir məqamı vurğulayaq: Həllacın istinad nöqtəsi sevgidir, Cavidinki nifrət. Həllac Allaha aşıqdir İblisi bu işıqda görür. Cavidrealistdir, gördüyü, eşitdiyi zülmlər, “insanlığı təhqir edən, duyğusu, vicdanı sönüklərinsaylarının artmasında İblisi günahkar gördüyünə görə, qəzəblidir.    

Həllacda İblisə qarşı iki hiss duymaq mümkündür: halına acıma rəğbət qarışıq bir təəssüf. İblis öz imanında israrlı əmindir bunun üçün Allahdan, yalnız Ondan gələn hər cəzaya razıdır: “Əslində, mən sevənəm. Sevən isə rəzildir. Doğrudan da, Sən mənərəzildeyirsən, ey mətinli qüvvə sahibi, mənim başıma gələnləri mən aydın kitabda (Quranda) oxuyuram. Mən ona [insana] necə alçala bilərəm. Sən məni oddan yaratdın, onu palçıqdan. Bunlar iki uyğun gəlməyən ziddiyyətlərdir. Mən Sənin xidmətində daha əzəldənəm daha böyük fəzilətdə, daha böyük elmdə daha kamil anddayam”. Kamil insan sevgisinə qurban getmiş, naqis qalmış iblisin halına acıyır!

Cavid İblisə həm ehtiyatla, həm qəzəblə yanaşır: o, güclüdür, ağıllıdır, zəif insanları yoldan çıxartmaq üçün üsulları çoxdur, cahil insanları aldadır, azdırır. Cavidin təsvir etdiyi sevgi İblisin əlində alətə çevrilir, insanı qatil edir!

Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsan,

Daim ayaq altında sönüb məhv olacaqsan.

...

Bir zamanlar cəbərüt aləminə

Həp uçar, həp öyünürdün , bu ? 

    

Heyhat! İblis qəzəb dolu, həqiqi sevgidən məhrum olan insanı hədələyir, onun halına gülür, acıyır! 

Bəli, Həllacın simasında İnsan İblisin halına acıyır, çünki o, öz korluğu səbəbindən kamilləşmə yolunun yarısında qaldı, onu bitirə bilmədi: Bu o deməkdir ki, İblis həqiqəti görə-görə ona göz yumdu ondan uzaqlaşdırıldı: “Ey qardaşım! OnuƏzaziladlandırdılar, çünki o, uzaqlaşdırıldı təcrid edilmişoldu. O, əvvəlindən sonuna dönmədi, çünki sonundan çıxmadı”. Məhz burada Həllacın həm İblis, həm İnsan haqqında düşüncələri açıqlanır: insanın ilahi mahiyyətə uzanan bir yolu var, ona Allahdan kəşflər açılır, o, Allahdan başqa heç bir varlığın bilmədiyi elmlərə sahib olur bu keyfiyyətlər onu Allahdan sonra səcdə obyekti olmağa layiq edir. “İblisə gəlincə, o dəvət etdi, lakin öz halına geri dönmədi. Əhməd (s) çağırdı öz gücünə geri döndərildi”. İnsan İblis üçün əlçatmaz məqama sahibləndi gücləndi. Bunu İblis bilirdi hikkəsindən ona müharibə elan elədi. Yüksək məqamını dərk eləmiş insan onun hikkəsini sadəcə yuxarıdan aşağı izləyir, öz məqamından düşmüş insan isə İblisin ayaqları altına düşür, üzünə hikmət dünyası bağlanır. Məhz bu səbəbdən Cavidin Arifi acınacaqlı haldadır. O, kamilliyi düşünməkdən daha çox qəzəblə doludur, bu qəzəb zülmə, vəhşiliyə doğru yönəlmiş olsa belə! İblis onun zəif damarını bilir:

Get, bəllidir insandakı xislət;

Sizlərdəki ülfət; sonu vəhşət,

Sizlərdəkui şəfqət; sonu nifrət,

Sizlərdəki rəhmət; sonu lənət.”

Həllac yazır: “Arif cəhalətin təsvir etdiyindən başqa bir şey bilmir. Yalnız Haqqın nəzarət etdiyi kəşfin vəsfi ona aydındır”. Arif göylərdən nur gözləyir ki, hər şeyin həqiqəti açılsın. Cavidin Arifi isə göylərə asidir:

Bilməm bu cinayət, bu xəyanət, bu fəlakət

Bitməzmi, ilahi! Bu qədər səbrə hacət!  

   

İblisəmi uymuş bəşəriyyət!?”

Maraqlıdır, iki fərqli dövrün Arifinin obrazı İblisə münasibətdə daha aydın işıqlanır. Lakin burada elə incə məqamlar var ki, bəzən mütəfəkkirlər onuülgücün tiyəsi ilə yeriməyəbənzədirlər.

Həllac sadiqlikdə, yalnız Allaha xidmət etməsində, hər anının yalnız Onunla olmaq istəyində özünü  İblisə bənzədir, onu özünün Ustadı hesab edir. Yeri gəlmişkən, məhz bu məqam sonralar İbn Teymiyyə kimi bir sıra mütəfəkkirlərə imkan vermişdi ki, Həllacı kafir adlandırsınlar. Həqiqətən , deyilənlər müəyyən mənada Həllacın özünü təsvir edir, daha dəqiq desək, onun iddiasındakı israrını: “Öldürülsəm , [çarmıxa çəkilsəm ], əlim, ayağım kəsilsə , iddiamdan dönməyəcəm”.

CavidinYa hər kəsə xain olan insan nədir? – İblisdeməsi bir çox tədqiqatçıları çaşdırır əsəri təhlil edən tədqiqatçılar bir sıra hallarda yalnışlıqla İblisin elə İnsan olduğunu, yaxud insanın içində olduğunu iddia edirlər. İblisin buböhtandannecə qəzəbləndiyini təsəvvür eləmək çətindir! Əslində, bəlkə təntənə marşı çalır.

Daha bir təhlükəli paradoksal məqam isə sevgi ilə bağlıdır: həm İblisin Allaha, həm Arifin Rənaya sevgisi sonda lənətlənməyə səbəb olur. Düzdür, uca Allaha olan sevgi ilə insan övladına olan sevgiləri eyni tərəzinin gözlərinə qoymaq olmaz, amma məqsəd sevginin özüdür. Əcəba, sevgi iblisləşməyəmi aparır? Əlbəttə, xeyr!

Yuxarıda qeyd etdiyimiz kimi, Həllacın İblisə rəğbətində dərin bir təəssüf var: belə bir məhəbbət sahibi kordur, rəzildir: “Onun işi qarışdı, zənni pisləşdi, “Mən ondan xeyirliyəm”, – dedi pərdə arxasında qaldı”, çünkio (İblis), qürur dənizinə düşdü kor oldu”. İblisin məhəbbəti onu həqiqətə çatdırmaq əvəzinə, daha da Allahdan uzaqlaşdırdı. Həllac hər qədər İblisin sevgisini tərənnüm eləsə , onun idrak mərtəbələrində qorxduğunu da göstərir: “Əgər bilsəydim ki, [insana] səcdə məni xilas edəcək, onda səcdə edərdim. Lakin bilirdim ki, bu dairənin (idrak prosesinin mərhələsiK.B.) arxasında da dairələr var. Öz-özümə dedim: “Belə hesab edək ki, mən bu dairədən xilas oldum. Bəs ikincidən necə xilas olacam? Bəs üçüncüdən, dördüncüdən?”. Bəli, ilahi nurdan məhrum olmuş İblisin o biri mərhələlərdən xəbəri olmadığına görə qorxur. Əvəzində insan ona verilmiş bu imkandan qüvvətlənir. Burada Əbu Turxanınqısa qapanmaadlandırdığı, obyekt subyekti birləşdirən, məhvə aparan, məhdud sevgini xatırlatmaq yerinə düşər. İstər Həllacın İblisi, istərsə , Cavidin Arifi kor edən, xudpəsənd iddialı sevgiyə malikdirlər. Həllac İblisin dili ilə yazır: “Qısqanclığıma görə məni başqalarından ayırdı, heyrətimə görə məni dəyişdirdi, uzaqlaşdırıldığına görə məni çaşdırdı, xidmətimə görə məni uzaqlaşdırdı, söhbətimə görə məni yasaq etdi, mədhimə görə məni utandırdı”. Sevən Arif üzünü göylərə tutub dua eləsə gördüyü zülmətdiro da kordu:  

Min dürlü müəmmalı həqiqət mənə xəndan,

Həpsində zülmət...

                     

Deyilənlərdən sanki İblis Arif oxşardır kimi nəticə çıxartmaq mümkündür. Əcəba, bu, insanı iblis hesab edənlərlə həmrəylik deyilmi? Diqqətli təhlil göstərir ki, bu, bənzəyiş deyil, keçən 10 əsr ərzində hakim mövqeyin, güc sahibinin yerlərinin dəyişməsidir. Bu, heç İblisin ağıllanıb, insanın cahilləşməsi deyil. Yuxarıda da dedik, İblis həmin iblisdi, onun yüksəlmək imkanı yoxdur!  Bu, insanın enməsidir! İnsanın öz insanlığını dərk etməməsi, Allahın ona verdiyi imkanlardan istifadə etməməsidir sadəcə bir bioloji sosial varlıq kimi mövcudluğu ilə kifayətlənməsidir. Qısacası: İnsanın öz qüdrətini itirib iblisin hökmü altına düşməsidir. Lakin Arifin bu vəziyyətə düşməsinin obyektiv səbəbləri var. Sualın cavabı Həllacın Cavidin Arifinin kimliyinin, şəxsiyyətinin açılışındadır.

   

İştə Şərqin mütərəddid cocuğu!”

Şərqin gücü həmişə imanında imanına sadiqliyində olub, Qərbin gücü ağlında ağlına inamında. Təsadüfi deyil ki, Əbu Turxan da belə hesab edir ki, “Şərqdə idrakın işığı eşq işığının kölgəsində qalır, Qərbdəəksinə, eşq idrakın kölgəsində qalır”. Məsələnin kökünü, zənnimcə, məhz burada axtarmalıyıq. Başqa sözlə desək, hər iki Arifin yaşadığı sosial mühitdə. 

Həm Həllac, həm Cavid siyasi hərbi çəkişmələr dövrünün insanlarıdır elə hər ikisi siyasi fitnənin qurbanı olublar. Həllacın dövründə siyasi hərəkatlarla, üsyanlarla yanaşı, Bağdad, Xorasan, Bəsrə sufi məktəbləri mövcud idi, BağdaddaHikmət eviantik dövrün filosoflarının əsərlərini ərəbcəyə çevirirdi, görkəmli sufi mütəfəkkirləri insanlığın canlı nümunələri idilər. Bir sözlə, elm ruhun hakim kəsildiyi bir mühit var idi.

Cavidin dövründə (məhzİblisin yazılma dövrünü nəzərdə tuturuq) siyasi hərəkatlarla, inqilablarla yanaşı, maariflənmə, milli özünüdərk, Qərbdə təhsil alma ənənəsi, müasirləşmə prosesi başlanmışdı; Üzeyir Hacıbəyov, Əli bəy Hüseynzadə, İsmayıl Qaspiralı daha neçə kamil aydınlar yeni ideyalarla çıxış edirdilər. Sual yaranır: nədən son dərəcə pessimist olan Həllac hətta İblisi belə, sədaqət eşq nurunda verir, ancaq gözəllik sevgi şairi Cavidin insanı isə bu dərəcədə zəif miskin görünür? Bu, çox ağrılı bir təzaddır bu paradoksdan Cavidəxilas yoluarayarkən Səlahəddin Xəlilovunİblis fəlsəfi motivlərəsərindəki açıqlamalar məsələyə müəyyən aydınlıq gətirdi. Müəllif sanki bu suala cavab verərək yazır: “Bu, eşqin ünvanının dəyişməsindən doğan bir təzaddır. İlahi eşqdən kimə isə xətər gələ bilməz. Arifin Rənaya olan məhəbbəti isə ilahi eşq səviyyəsinə qalxmamış bəlkə Cavid tərəfindən realistləşdirilmiş bir eşqdir yerə enən böyük duyğu istər-istəməz ictimai mühitdəki naqisliklərlə üzləşir bu mənada İblisə tuş gəlir”.

Arifin faciəsini açan, onu dövrünün bədbəxt insanı adlandıran S. Xəlilov ona çox dəqiq bir izah verir: Arifprosesdir. Cavidin dövrünü dünyagörüşünü bu fikirlə uzlaşdırsaq, belə ifadə etmək mümkündür: ArifCavidin avropalaşma ideyasıdır. Bu ideyanın sonunda isə Elxan dururmüasir dövrlə ayaqlaşan, İblisə yuxarıdan aşağı baxan insan. O, gücdür, iradədir, hakimdir, ədalətlidir, ancaq təəssüf ki, Cavid onun mənəvi dünyasını açmır!

Qayıdaq Arifə. Həqiqətən Arifin simasında bəşəriyyətin tənəzzül prosesini izləmək mümkündür. Avropalaşma, yenilənmə ideyası ilə yanan Cavid qılıncını birinci Şərqə doğru sıyırır İblisin dili ilə deyir:

Şərqin əsəbi çöhrəsi bilməz ki, yapsın

Bilməz ki, sağır göylərə, yoxsa mənə tapsın?

                      

Onun ikinci hədəfi isə hikməti göylərdə axtaran, o dövrdə dəbə çevrilən zahidlikdirelə Arifin özü. Lakin belə sual yaranır: “Mədəni dünyanı nifrətlə buraxıb, cədəlsiz bədəvi aləmə çıxan” – yəni mənəviyyatı üstün tutan Arif niyəqəlbindəki nifrətləri, vəhşətləriata bilmir, həqiqi Arif kimi?! Əslində belə bir Arif hardasa Tolstoyun Sergi atasını xatırladır: içində boğulan hissləri ilə mübarizə aparmaqdan əsl missiyasını da unudur ilahi hikmətdən sakitləşmək əvəzinə gərilmiş yaya bənzəyir. Zənnimcə, səbəbi Cavidin məhz avropalaşma ideyasındadır.

Derdim, mən əsatirə inansam, sənə məbud!”

XVII-XVIII əsrin əvvəllərində Avropada kilsənin təzyiqi altında insan əzilirdi bunun fərqində olduğuna görə xilas olmaq üçün yollar axtarırdı, boğulmamaq üçün əl-qol atır, ətrafındakıları dağıdırdı, inqilablar baş verirdi. “Düşmənaydın olduğu üçün qədər güclü olsa da, insan onunla mübarizə üsulları tapdı istəyinə çatdıdin dövlətdən ayrıldı kilsənin boğduğu elm azadlıqda sürətlə inkişaf etdi. Öz həyatını, məqsədini özü təyin edən insan tanrısını da özü yaratdı təzim etdi: elm. Təbii ki, elmin inkişafı, insanın özünə yeni tanrı yaratması ilə kamillikariflik nümunəsi dəyişdi.

Təsadüfi deyil ki, Cavid Ermənistana qurşun daşıyan keşişin”, “Ərəbistanı köpürdən fransız haxamın”, İranı qarışdıran əmmaməli ingilisinobrazları ilə bir tərəfdən Qərbin xain müdaxiləsini göstərsə , digər tərəfdən dinin artıq sadəcə bir alət olduğunu düşmənlərə xidmət etdiyini göstərir.   

XX əsrin əvvəllərində eyni hal yenidən təkrarlanmağa başladı: insan yenə əzilməkdə idi, yenə məhv olurdu yenə xilas yolları axtarırdı. Lakin indi obyekt çox bulanıq, dumanlı olduğu üçün onunla mübarizə çətin idi. Bu obyekti insan özü yaratmışdıağıllı yalnız özünə güvənən insan. Lakin bu obyektin qurulmasında bir çox zəruri amillərmənəviyyat, iman, kökündəki sağlam ideyalara bağlılıq kəsilib atıldığından, indi qarşılarında naməlum naqis bir obyekt var idi. X əsrdə Həllacın Allahaiki yay məsafəsinə qədəryaxınlaşdırdığı arifdən XX əsrdə çox az əlamət qalmışdı. Ariflər ariflik keyfiyyətini xeyli dərəcədə itirmişdilər. Çünki X əsrdən sonra keçən min illik bir dövr ərzində sivilizasiya insanın maddi gücünü qat-qat artırsa da, onu daha kamil edə bilməmişdi. Əksinə, bir sıra hallarda intellektual tərəqqi mənəvi tənəzzülə səbəb olmuşdu.

K.Yunq yazır: “Bizim intellektimiz bizim mənəvi evimizin yıxılmağı ilə görünməmiş şəkildə zənginləşdi...” Cavidinİblisi müasir mərhələdə intellekt sayəsində insanın dağıdıcılıq imkanlarının artması müqabilində mənəvi kamillik dərəcəsinin hələ yetərincə gəlişmədiyini, yeni bir mənəvi yüksəlişə ehtiyac olduğunu vurğulayır.  

 





23.11.2012    çap et  çap et