525.Az

İtaliyada Fikrət Qocanın "Şərqin səsləri" kitabı nəşr olunub


 

İtaliyada Fikrət Qocanın "Şərqin səsləri" kitabı nəşr olunub<b style="color:red"></b>

İtaliyanın "Treditre Editori" nəşriyyatında Xalq şairi Fikrət Qocanın "Şərqin səsləri" kitabı çapdan çıxıb.

Kitabın üz qabığında Franko Marrokkonun "Büllur güllü bağ", axırıncı səhifəsində isə Serena Nononun "Ağcaqayınlar" tabloları verilib. Şeirləri italyan dilinə Davide Gualtieri tərcümə edib. Kitabda Davide Gualtierinin Fikrət Qocanın və Viktor Permiakovun yaradıcılıqları haqqında məqalələri də çap olunub.

Kitabda Fikrət Qocanın "Haqdan soruşur", "Görmürəm", "Nuhun gəmisidi yer üzü", "Fırlanıram vals, vals, vals", "Bu yaşımda, bu gün", "Yarımçıq iş" şeirləri italyan oxucuların diqqətinə çatdırılıb.

S.ABDULLAYEVA

 





30.12.2014    çap et  çap et