525.Az

Türkmənistanda BMT forumuna hazırlıq müzakirə olunub


 

Türkmənistanda BMT forumuna hazırlıq müzakirə olunub<b style="color:red"></b>

Türkmənistanın “Avaza” Milli Turizm zonasında BMT-nin dənizə çıxışı olmayan və inkişaf etməkdə olan ölkələr üzrə III konfransına (LLDC3) həsr olunmuş Təşkilat Komitəsinin iclası keçirilib.

525.az xəbər verir ki, yığıncaq türkmən xalqının milli lideri, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun rəhbərliyi ilə baş tutub.

İclasda beynəlxalq forumun və onun çərçivəsində keçirilən digər tədbirlərin yüksək səviyyədə təşkili ilə bağlı məsələlərə baxılıb, bu günə qədər görülmüş işlərin qiymətləndirilməsi və qarşıda duran vəzifələrin konkretləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Türkmənistanın BMT ilə birgə təşkil etdiyi konfransda 32 ölkədən nümayəndə heyətləri, BMT-nin Baş katibi Antonio Quterreş və onun müavinləri iştirak edəcəklər. Forumun proqramına plenar sessiyalar, tematik dəyirmi masalar, yeddi alt forum, o cümlədən Cənub-Cənub əməkdaşlığına dair nazirlərin görüşü və qadın liderlərin görüşü, yan tədbirlər, Mərkəzi Asiya ölkələrinin milli günləri, tematik sərgilər daxildir.

Pərvanə Sultanova

 





15.07.2025    çap et  çap et