525.Az

Naməlum tərkibli narkotikdən 27 nəfər zəhərləndi


 

 Naməlum tərkibli narkotikdən 27 nəfər zəhərləndi<b style="color:red"></b>

 

ABŞ-də mənşəyi bilinməyən narkotik maddə qəbul edən 27 nəfər xəstəxanaya yerləşdirilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Baltimor şəhərində baş verib.

Pulsuz paylanan və güman edildiyi kimi test xarakteri daşıyan narkotik maddəni qəbul edənlər baş gicəllənməsindən şikayətləniblər və əksəriyyəti bir qədər sonra huşunu itirib.

Qeyd edək ki, polis narkotik maddəni paylayanların axtarışına başlayıb. Həmçinin, narkotik maddənin tərkibi araşdırılır.

L.Tağıyeva

 





16.07.2025    çap et  çap et