525.Az

"Qarabağ"ın "Şelburn"la oyunlarının vaxtı açıqlandı


 

"Qarabağ"ın "Şelburn"la oyunlarının vaxtı açıqlandı<b style="color:red"></b>

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı keçirəcəyi matçların vaxtı açıqlanıb.

525.az xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. 

İlk görüş iyulun 23-də İrlandiyada oynanılacaq və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Cavab matçı isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "Şelburn" ötən gecə ÇL-in 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Linfild"lə heç-heçə edib (1:1, ilk görüş - 1:0) və 2 oyunun cəmində mərhələ adlayaraq "Qarabağ"a rəqib olub.

 





17.07.2025    çap et  çap et