525.Az

FHN “28 MALL”-da baş vermiş yanğınla bağlı məlumat yayıb


 

FHN “28 MALL”-da baş vermiş yanğınla bağlı məlumat yayıb<b style="color:red"></b> Fövqəladə Hallar Nazirliyi “28 MALL” ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.

525.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, yanğın Bakı şəhəri, Nəsimi rayonunda “28 MALL” ticarət mərkəzinin 4-cü mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülmüş kafenin mətbəxində baş verib.
 
Nəticədə kafenin dam örtüyündə quraşdırılmış ventilyasiya qurğusu və 6 p.m izolyasiyası yanıb. Yanğından inzibati bina və soyuducu kamerası mühafizə olunub.

Yanğın saat 20:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 





03.01.2015    çap et  çap et