Alyaskada 7.3 bal gücündə zəlzələ olub.
525.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla 12:37-də qeydə alınan zəlzələnin episentri Sand Point şəhərindən təqribən 87 kilometr cənubdadır.
Zəlzələdən dərhal sonra ərazidə sunami təhlükəsi elan olunub.
Xatırladaq ki, Alyaskada ən güclü zəlzələ 1964-cü ildə qeydə alınıb – 9.2 bal gücündə.
İbrahim Cəfərov
çap et