525.Az

Kiyev Rusiyanın həlak olmuş Ukrayna hərbçilərinin meyitlərini təhvil verdiyini təsdiqləyib


 

Kiyev Rusiyanın həlak olmuş Ukrayna hərbçilərinin meyitlərini təhvil verdiyini təsdiqləyib<b style="color:red"></b>

Ukrayna Rusiyanın öldürülmüş ukraynalı hərbçilərin meyitlərini təhvil verdiyini təsdiqləyib.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə Hərbi Əsirlərlə Rəftar üzrə Koordinasiya Qərargahı məlumat verib.

Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə bütün zəruri ekspertizaları aparacaq. Bundan başqa, meyitlərin identifikasiyası da həyata keçiriləcək.

Ölənlərin meyitlərinin hüquq-mühafizə orqanlarının nümayəndələrinə təhvil verilməsini Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri həyata keçiriblər.

Daha əvvəl Rusiyanın Ukraynaya ümumilikdə 3 min hərbçinin meyitini təhvil verəcəyi bildirilmişdi.

 





17.07.2025    çap et  çap et