525.Az

Putin Şimali Koreya liderini rəsmi səfərə dəvət edib


 

Putin Şimali Koreya liderini rəsmi səfərə dəvət edib<b style="color:red"></b>

Koreya Xalq Demokratik Respublikasının rəhbəri (KXDR) Kim Çen In Rusiyaya səfərə dəvət edilib.

525.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

Onun sözlərinə görə, Şimali Koreya liderinin səfərinin konkret parametrləri diplomatik kanallar vasitəsilə işlənir.

“Yoldaş Kimə 2025-ci ildə Rusiya Federasiyasına rəsmi səfərlə bağlı prezident tərəfindən rəsmi dəvət ünvanlanıb.

Səfərin spesifik parametrləri, o cümlədən vaxtı diplomatik kanallar vasitəsilə dəqiqləşdirilir”, - Rudenko söyləyib.

Pərvanə Sultanova

 

 

 





17.07.2025    çap et  çap et