Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianla telefon danışığında regional kommunikasiyaların açılması məsələsini müzakirə edib.
525.az bu barədə “Report” a istinadən xəbər verir.
Həmsöhbətlər son regional hadisələri müzakirə edərək, regionda təhlükəsizliyin və sabitliyin qorunmasının vacibliyini qeyd ediblər.
Bundan əlavə, onlar Ermənistan və İran arasındakı əməkdaşlıq gündəliyini müzakirə ediblər.
çap et