525.Az

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərib


 

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərib<b style="color:red"></b>

Ermənistanın Baş naziri Nikol Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbəri Romanos Petrosyanı istefaya göndərib. 

525.az bu barədə “Report” a istinadən xəbər verir.

Petrosyan bu vəzifəyə 2021-ci ilin dekabrında təyin edilmişdi.

Daha əvvəl KİV-in yaydığı məlumata görə, Petrosyanın həbs edilmiş iş adamı Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin idarəedici direktoru təyin edilməsi planlaşdırılır.

 





17.07.2025    çap et  çap et