525.Az

Coşua Kinq bu kluba keçdi


 

Coşua Kinq bu kluba keçdi<b style="color:red"></b>

Norveç millisinin sabiq futbolçusu Coşua Kinqin yeni klubu müəyyənləşib.

QOL.az xəbər verir ki, 33 yaşlı vinger Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Xalic”lə anlaşıb. Onunla 2 ilik müqavilə imzalanıb.

“Mançester Yunayted”, “Blekbörn”, “Uotford”, “Everton”, “Fənərbaxça” klublarında çıxış etmiş futbolçu ötən mövsümü Fransanın “Tuluza” komandasında keçirib.

Qeyd edək ki, Kinq Norveç millisinin heyətində 62 oyun keçirib, 20 qol vurub.

 





17.07.2025    çap et  çap et