Fransa ordusu dünəndən etibarən Seneqaldakı fəaliyyətini tamamilə dayandırıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu münasibətlə xüsusi mərasim də təşkil olunub.
Mərasimdə Seneqal ordusunun qərərgah rəisi Mbaye Sisse və Fransanın Seneqaldakı hərbi kontingentinin komandanı, general Paskal Yanni iştirak edib.
Bununla da 350 fransalı hərbçi paytaxt Dakardakı "Kemp Geyl" və hava limanındakı düşərgələri tərk edərək Seneqal ordusuna təhvil veriblər. Gələcəkdə hər iki düşərgə hərbi təlim məqsədilə istifadə ediləcək.
Qeyd edək ki, Fransa qoşunlarının Afrika ölkəsindən çıxarılmasına hələ mart ayında başlanılmışdı. Seneqala kimi Mali, Burkino-Faso, Niger, Çad, Kot-d'İvuar və Qabon Fransa hərbçilərinin ərazilərindən çıxarılması barədə qərar qəbul etmişdi.
L.Tağıyeva
çap et