Belçikada dövlət qurumlarına içində zəhərli toz olan məktub göndərən 80 yaşlı kişi həbs edilib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, məktublar ötən ilin sonlarında bir neçə dövlət qurumuna ünvanlanıb.
Onların arasında Brüssel Haqq-Ədalət Mərkəzi, Ədliyyə Nazirliyinin dəftərxanası, Polis Məhkəməsi və s. var.
Laborator analizlər nəticəsində tozun brutsin olduğu üzə çıxıb. Yeri gəlmişkən, gəmiricilərlə mübarizədə istifadə olunan brutsin daxilə qəbulda insana da ölümcül təsir göstərir.
Qeyd edək ki, məhkəməyə kimi həbs olunan şübhəlinin kimliyi gizli saxlanılır.
L.Tağıyeva
çap et