525.Az

Pezeşkian keyfiyyətsiz yanacağa görə Təbrizə taksi ilə gedib


 

Pezeşkian keyfiyyətsiz yanacağa görə Təbrizə taksi ilə gedib<b style="color:red"></b>

İran prezidenti Məsud Pezeşkianın rəhbərlik etdiyi nümayəndə heyəti Təbrizə gedərkən yolda qalıb.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə prezident administrasiyasının rəsmisi Mustafa Mövləvi bildirib.

Onun sözlərinə görə, Tehrandan Təbriz istiqamətində hərəkət edən və içində ölkə başçısının da olduğu avtomobil karvanı yolda yanacaqdoldurma məntəqəsinə (YDM) daxil olub. YDM-də rəsmi avtomobillərə verilən yanacaq sulu olub və səbəbdən avtomobillərdə nasazlıq əmələ gəlib.

Bundan sonra Pezeşkian və onu müşayiət edən rəsmilər yoluna taksi ilə davam edib.

Araşdırmalaran sonra məlum olub ki, sözügedən YDM yanacağa su qatırmış və müvafiq qurumlara sürücülərdən bu tipi şikayət daxil olurmuş.

 





17.07.2025    çap et  çap et