525.Az

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib


 

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib<b style="color:red"></b>

Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib.

525.az xəbər verir ki, bu həftə ölkə reytinqinə 0,125 əmsal əlavə olunub.

Bu, UEFA Avropa Liqasının I təsnifat mərhələsində baş tutan "Sele" (Sloveniya) - "Sabah" matçından (3:3) sonra reallaşıb. Paytaxt klubu heç-heçə nəticəsində ölkə reytinqinə 0,125 əmsal əlavə edib.

Hazırda Azərbaycan 17.250 əmsalla 29-cu pillədədir. 28-ci pillədə Ukrayna (17,975), 30-cu sırada isə Bolqarıstan (16,500) qərarlaşıb.

Qeyd edək ki, UEFA reytinqinə İngiltərə (94.839) başçılıq edir.

 





18.07.2025    çap et  çap et