525.Az

Bülənt Arınc vəzifəsindən gedir


 

Bülənt Arınc vəzifəsindən gedir<b style="color:red"></b> Türkiyə baş nazir müavini Bülənt Arınc 6 aydan sonra vəzifəsindən gedəcəyini açıqlayıb.
 
APA-nın “Hürriyyet”ə istinadən verdiyi məlumata görə, B. Arınc bu barədə Kırşehir Sənayeçi və İş Adamları Dərnəyinin (KİRSAİD) açılışı zamanı çıxışında bildirib: “Bizə bu qədər yetər, bir az da dincələk, siyasətə kənardan töhfə verək. 5 dönəmdir parlamentdə millət vəkiliyəm, qaldı 6 ayımız, ondan sonra yerimizi gənclərə buraxacağıq”.
 
B. Arınç qeyd edib ki, 1950-ci ildən bu yana Türkiyədə ilk dəfədir ki, bir partiya 13 ildir iqtidarda qalır.
 
O bildirib ki, 2002-ci ildə AKP hakimiyyətə gələrkən, Türkiyənin Beynəlxalq Valyuta Fonduna 23,5 milyard dollar borcu olub:
 
“Bu borcu tamamilə ödədik. Sonra isə biz BVF-yə 5 milyard dollar kredit verdik. Budur, milliyyətçilik belə olmalıdır. Millətimizin qanını 30 il soran, əvəzini 10 qat alan BFV-yə borcumuzu tamamilə ödəməyimiz məni çox sevindirir”.
 





03.01.2015    çap et  çap et