525.Az

Həmsədrlər Edvard Nalbandyanla görüşdülər


 

Həmsədrlər Edvard Nalbandyanla görüşdülər<b style="color:red"></b>

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke, İqor Popov, Jak For, eləcə də qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.

ANS PRESS-inməlumatına görə, Ermənistan XİN-i görüş zamanı ATƏT vasitəçiləri Xankədində qondarma DQR rejminin rəhbərliyi ilə keçirdikləri görüşün nəticələrini təqdim ediblər və təmas xəttində gərginliyin azaldılması ilə bağlı öz təkliflərini irəli sürüblər.

Bundan başqa, danışıqlar zamanı dekabr ayında Dublində keçiriləcək ATƏT Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşlərinin mümkünlüyü haqda fikir mübadiləsi də aparılıb.

 

 





23.11.2012    çap et  çap et