525.Az

İsveçdə son oyun


 

İsveçdə son oyun<b style="color:red"></b>

"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası “Gothia Puma Trophy”də növbəti oyununu keçirib.

QOL.az xəbər verir ki, “Qarabağ” B pley-offunda 1/4 final matçına çıxıb.

Komanda İsveçdə təşkil olunan yarışda “Brommapoyrkarna” (İsveç) ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdə 4:0 hesablı qələbə qazanıb. Ağdam təmsilçisi bu oyunla turnirdə mübarizəni başa vurub.

Qeyd edək ki, ilk turda İsveç təmsilçisi “Myallbu” üzərində 2:1 hesablı qələbə qazanan "Qarabağ" ardınca “Sportinq Laqos”la heç-heçə edib (0:0), yerli “Höteborq”la dueldən xalsız ayrılıb – 0:2.

 





18.07.2025    çap et  çap et