525.Az

Konfrans Liqasında inanılmaz geridönüş


 

Konfrans Liqasında inanılmaz geridönüş<b style="color:red"></b>

Finlandiyanın HİK komandası UEFA Konfrans Liqasının 1-ci mərhələsində əla nəticəyə imza atıb.

525.az xəbər verir ki, Helsinki təmsilçisi cavab matçında ilk görüşdə 0:4 hesabı ilə uduzduğu Farer adalarının "Runavik" komandasını qəbul edib. 

İlk matçdakı bu böyük fərqli üstünlüyə görə ada klubu cütün favoriti sayılırdı. Amma necə deyərlər, sən saydığını say, gör HİK nə sayır..

Matçın 15-ci dəqiqəsində "Runavik"in müdafiəçisi Fabian Ness qırmızı vərəqə alaraq meydandan qovulub. Bundan 3 dəqiqə sonra - 18-ci dəqiqədə Lukas Linqman HİK-in ilk qolunu vurub. İkinci hissədə isə meydan sahibi komandanın qolları sel kimi axmağa başlayıb.  

53-cü dəqiqədə Aleksandr Rinq 2-ci, 79-cu dəqiqədə Santerri Hostikka 3-cü qolu vurub. 

Lakin daha dramatik anlar matçın sonlarında yaşanıb.Qiorqos Andzulas 90+4-cü dəqiqədə hesabı 4:0 edib.

Daha sonra əlavə vaxt təyin edilib. 93-cü dəqiqədə isə Hostikka yekun hesabı müəyyənləşdirib - 5:0.

Beləliklə, HİK ilk matçdakı 0:4 hesablı məğlubiyyətə baxmayaraq, cavab görüşündə inanılmaz geridönüş edərək ikinci mərhələyə adlayıb. 

İkinci raundda Finlandiya təmsilçisi Bolqarıstanın "Arda" komandası ilə qarşılaşacaq.

 





18.07.2025    çap et  çap et