525.Az

Neapolda güclü zəlzələ


 

Neapolda güclü zəlzələ<b style="color:red"></b>

 

Bu gün səhər saatlarında İtaliyanın Neapol şəhərində zəlzələ baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, zəlzələnin episentri şəhərdən bir qədər aralıda 2,4 km dərinlikdə yerləşib.

4,6 bal gücündə titrəyişlər 20 saniyə davam edib. Dəmiryol nəqliyyatının hərəkəti dayandırılıb, 900 min əhalisi olan şəhərdə insanlar arasında ciddi təşviş yaranıb.

Maraq üçün bildirək ki, bu, son 45 ildə Neapolda qeydə alınan ən güclü zəlzələdir. 1980-ci ildə 6,9 bal gücündə titrəyişlər ciddi dağıntılara və 2,7 min insanın ölümünə nədən olmuşdu.

L.Tağıyeva

 





18.07.2025    çap et  çap et