525.Az

Tramp Aİ-nin bütün mallarına 15-20 % rüsum tələb edir


 

Tramp Aİ-nin bütün mallarına 15-20 % rüsum tələb edir<b style="color:red"></b>

ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı ilə istənilən ticarət müqaviləsində 15-20 % rüsumun tətbiq edilməsində israrlıdır.

525.az “Report” a istinadən xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ Prezident administrasiyası razılıq əldə olunsa belə, 10 %-dən yuxarı qarşılıqlı rüsumların müəyyən edilməsi imkanını nəzərdən keçirir.

Bundan əlavə, Tramp Aİ-nin avtomobil rüsumlarının azaldılması ilə bağlı son təklifini rədd edir və bu sektora tarifləri planlaşdırıldığı kimi 25% səviyyəsində saxlamaq niyyətindədir.

Bizim Telegram kanalımıza abunə olun

 





18.07.2025    çap et  çap et