525.Az

Çin ABŞ demokratlarının hesabatını kəskin tənqid edib


 

Çin ABŞ demokratlarının hesabatını kəskin tənqid edib<b style="color:red"></b>

Pekin ABŞ-ın qondarma "Çin təhdidi"ni şişirdən hesabatına kəskin etiraz edir və Birləşmiş Ştatların müvafiq siyasətçilərini ölkəni qaralamaqdan, təzyiq etməkdən əl çəkməyə çağırır.

525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Lin Jian ABŞ Senatında Çinlə bağlı demokratların hesabatına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, müvafiq hesabat soyuq müharibə təfəkkürü ilə zəngindir, böyük güclər arasında qarşıdurmanı qızışdırır və sözdə “Çin təhlükəsi”ni şişirdir. Bu, mahiyyət etibarilə Çini cilovlamaq və təzyiq etmək məqsədi daşıyır, Pekin qəti  şəkildə bunun əleyhinədir.

Diplomat əlavə edib ki, Çin müstəqil sülhpərvər xarici siyasətə sadiqdir, həmişə müsbət, sabitləşdirici və yaradıcı qüvvə olmağa çalışır, heç bir ölkə ilə nüfuz uğrunda rəqabət aparmaq istəmir.  Çin ABŞ ilə münasibətləri nəzərdən keçirərkən qarşılıqlı hörmət, dinc yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə riayət edir.

Pərvanə Sultanova

 





18.07.2025    çap et  çap et