525.Az

İsrail Qəzzada hərbi əməliyyatı genişləndirir


 

İsrail Qəzzada hərbi əməliyyatı genişləndirir<b style="color:red"></b>

İsrail hərbçiləri Qəzza zolağı ərazisində əməliyyatı genişləndirir.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

"Qoşunlar Qəzzada terrorçuları öldürmək və terror infrastrukturu obyektlərini məhv etmək üçün zərbələr endirərək əməliyyatı genişləndirirlər", - bəyanatda deyilir.

Məlumatda bildirilib ki, Qəzza zolağının şimal və mərkəzi hissəsində hərbi əməliyyat çərçivəsində son 24 saat ərzində İsrail hərbçiləri bir sıra raket qurğularını və "düşmən infrastrukturu obyektlərini" məhv ediblər.

 





19.07.2025    çap et  çap et