525.Az

İndoneziyada 280 nəfərin olduğu gəmi yanır


 

İndoneziyada 280 nəfərin olduğu gəmi yanır<b style="color:red"></b>

İndoneziya sahillərində göyərtəsində 280 nəfərin olduğu sərnişin bərəsi yanır.

525.az "Report"a istinadən xəbər verir ki, bu barədə "U.S. Sun" məlumat yayıb.

Bildirilir ki, onlarla insan çıxılmaz duruma düşüb.

Bərənin aşağı hissəsində tüstülənmə başladıqdan sonra sərnişinlər arasında panika başlayıb.

Sosial şəbəkələrdəki görüntülərdə sərnişinlərin qışqıraraq kömək istədikləri, bəzilərinin isə özlərini suya atdıqları görünür.

 





20.07.2025    çap et  çap et