Ukrayna Prezidenti Volodimir Zelenski iki rusiyalı və üç ukraynalıya qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb.
525.az "Report" a istinadən xəbər verir ki, müvafiq sənəd onun saytında dərc olunub.
Sanksiya siyahısına rusiyalılar Yuliya Latınina və Tatyana Aksenenko, habelə Ukrayna vətəndaşları - Radanın keçmiş deputatı Natalya Korolevskaya, keçmiş deputat Gennadi Balaşov və bloger Andrey Serebryanski daxildir.
Ukrayna mediası sanksiyaların Kiyev əleyhinə təbliğat apardığına görə tətbiq edildiyini yazır.
çap et