525.Az

İsrail Qəzzada humanitar yardım gözləyərkən öldürülən 73 fələstinli ilə bağlı xəbərləri araşdırır


 

İsrail Qəzzada humanitar yardım gözləyərkən öldürülən 73 fələstinli ilə bağlı xəbərləri araşdırır<b style="color:red"></b>

İsrail Müdafiə Ordusu Qəzza zolağında humanitar yardım gözləyərkən öldürülən 73 fələstinli ilə bağlı xəbərləri araşdırmağa başlayıb.

525.az "Report" a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin ilkin məlumatlarında deyilir.

Bildirilir ki, qurbanların faktiki sayı əvvəllər bildiriləndən fərqlidir:

"İsrail ordusu bölgədə itkilər barədə məlumatlardan xəbərdardır və hadisənin təfərrüatları araşdırılır. İlkin təhlillər göstərir ki, ölənlərin sayı ordunun mövcud məlumatına uyğun gəlmir".

 





20.07.2025    çap et  çap et